AZ

Çin Müdafiə Nazirliyi Tayvan üzərində müharibənin başlaması üçün şərtləri açıqlayıb

Üçüncü dövlətlərin Tayvana silah verməsi müharibə deməkdir.

Oxu24.com  xəbər verir ki, bu barədə brifinqdə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Jian bildirib.

“Vurğulamaq lazım olan odur ki, Tayvanı silahlandırmaq “Tayvanın müstəqilliyi” tərəfdarlarını təşviq etmək məqsədi daşıyır”.

Vu Jian əlavə edib ki, xarici güclərin Çini cilovlamaq üçün Tayvanı istifadə etmək istəyi qaçılmaz olaraq son dərəcə mənfi nəticələrə gətirib çıxaracaq.

Bundan əvvəl ABŞ-ın Tayvanda “Stinger” zenit-raket komplekslərinin istehsalına başlaya biləcəyi bildirilirdi. ABŞ texniki və istehsal imkanlarını, həmçinin kibertəhlükəsizlik tədbirlərini qiymətləndirmək üçün 2025-ci ildə adaya mütəxəssislər göndərməyi planlaşdırır.

Bundan əvvəl Çin Tayvanla əlaqədar Amerika şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi.

Nigar

 

Seçilən
72
8
oxu24.com

10Mənbələr