AZ

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı - Han Kanq kimdir?

2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
 
Moderator.az xəbər verir ki, Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Kanqa verilib.
 
Bu mükafata o, tarixi travmaları və insan həyatının kövrəkliyini üzə çıxaran poetik nəsrinə görə layiq görülüb.
 
Han Kanq 1970-ci ildə Cənubi Koreyada anadan olub. O, yazıçı Han Sınqvonun qızıdır. Yonsey Universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır.
 
1993-cü ildə şeirlərinin “Ədəbiyyat və cəmiyyət" adlı dərgidə çap edilməsi ilə karyerasına başlayıb. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi “Qırmızı lövbər"in “Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlayıb.
 
“İ Sanq” ədəbiyyat mükafatı (2005), “Günün gənc artisti” mükafatı və “Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülüb.
 
2016-cı ildə “Vegeterian" adlı əsərilə Beynəlxalq "Booker” mükafatına layiq görülüb.
 
Qeyd edək ki, “Vegeterian” romanı Azərbaycan dilində çap olunub.
 
Seçilən
35
26
moderator.az

10Mənbələr