"Ukrayna Qərblə Rusiya ilə münaqişədə atəşkəs məsələsini müzakirə etməyib".
İqtisadiyyat.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski atəşkəsin müzakirə olunmasını Fransa prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında təkzib edib.
Onun sözlərinə görə, silahlı münaqişənin dayandırılması Qərblə aparılan danışıqların gündəliyində olmayıb.
"Bu gün çox məlumat yayılıb ki, guya mən atəşkəs haqqında danışmağa gəlmişəm. Xeyr, bu, həqiqət deyil",-deyə Zelenski bildirib.