Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq.
Musavat.com fanat.az-a istinadən xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 3-cü turda Estoniyanın qonağı olacaq.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Tallində Estoniyanın qonağı olacaq. Matça saat 20:00-da start veriləcək. Qarşılaşmanı irlandiyalı hakimlər idarə edəcəklər.
Azərbaycan millisi ilk iki turda xal qazana bilməyib. Komandamız evdə İsveçə (1:3) və səfərdə Slovakiyaya (0:2) uduzub.
UEFA Millətlər Liqası
III tur
11 oktyabr
20:00 Estoniya – Azərbaycan
Baş hakim: Rob Harvi (İrlandiya)
Tallin. “Lilleküla” stadionu.