Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb
Fanat.Az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 3-cü turda Estoniyanın qonağı olub.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Tallində Estoniyaya uduzub. Beləliklə, portuqaliyalı mütəxəssisin yubileyinə məğlubiyyət "hədiyyə" edən Azərbaycan millisi üçüncü turda da xal qazana bilməyib. Komandamız əvvəlki turlarda evdə İsveçə (1:3) və səfərdə Slovakiyaya (0:2) uduzub.
UEFA Millətlər Liqası
III tur
11 oktyabr
Estoniya – Azərbaycan 3:1
Qol: Yakovlev, 32, Sinyavski, 45+2. Şeyn, 72 - Toral Bayramov, 45+1-pen.
Baş hakim: Rob Harvi (İrlandiya)
Tallin. “Lilleküla” stadionu.
Estoniya: 12. Karl Yakob Heyn, 3. Mihael Şyonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Robert Şeyn, 8. Henri Anyer, 11. Mihkel Aynsalu, 13. Maksim Paskotsi, 15. İoan Yakovlev, 16. Yoonas Tamm, 18. Karol Mets, 23. Vlasii Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 2. Mart6en Kuusk, 6. Rasmus Peetson, 7. Robi Saarma, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 17. Martin Miller, 19. Mixael Lilander, 20. Markus Poom, 21. Martin Vetkal.
Baş məşqçi: Yurgen Henn.
Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 22. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozancan Kökçü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Rüfət Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19, Xəyal Nəcəfov, 21. Qismət Alıyev.
Baş məşqçi: Fernandu Santuş.