AZ

İtaliya İsraili hərbi cinayətdə ittiham etdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İtaliyanın müdafiə naziri Quido Krozetto BMT-nin Livandakı sülhməramlı missiyasının atəşə tutulmasının beynəlxalq hüquq pozuntusu olduğunu bildirib. Krozetto deyib: "Bu addımı hərbi cinayət kimi qiymətləndirmək olar". Onun sözlərinə görə, İndoneziya kontingentindən olan iki hərbçinin yaralandığı insident nə xəta, nə də təsadüf olub.

Nazir "Il Messaggero" nəşrinə müsahibəsində deyib: "Bunu beynəlxalq qanunu pozan hərbi cinayət kimi qiymətləndirmək olar. İtaliya ilə BMT İsrailin əmrlərinə tabe deyillər".

Qəzet xatırladıb ki, Krozetto İsrailin Romadakı səfirini çağıraraq ondan baş verən hadisənin "tam izahını" tələb edib.

İtaliyanın Baş naziri Corca Meloni sülhməramlıların, o cümlədən, italiyalı hərbçilərin Livanın cənubundakı bazasına hücumları qəbuledilməz adlandırıb. İtaliya hökuməti isə İsrail hökumətinə rəsmi etirazını bildirib. 

Oktyabrın 9-da axşam saatlarında BMT-nin Livanın cənubunda, İsrail ilə sərhəddə yerləşən Müvəqqəti Qüvvələri İsrail hərbçiləri tərəfindən atəşə tutulub. İndoneziya kontingentindən olan iki hərbçi yaralanıb. Müdafiə Nazirliyinin məlumatına görə, İtaliya hərbçiləri yaralanmayıb. Mövqelərə dağıdıcı zərbə dəyməyib, atəşin əsas hədəfi xarici müşahidə kameraları olub.

Hürr Tərcüman

Seçilən
118
50
hurriyyet.az

10Mənbələr