AZ

İtaliya İsrailə silah ixracına lisenziyaların verilməsini dayandırıb

Ötən ilin oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasının bu ölkəyə hücumundan sonra yəhudi dövlətinin Qəzzada əməliyyatı başlayandan İtaliya İsrailə silah ixracına lisenziyaların verilməsini dayandırıb

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgia Meloni bildirib.

O qeyd edib ki, Qəzzada böhran zamanı silahdan istifadə riski qaldığı müddətdə lisenziyaların verilməsi bərpa edilməyəcək.

Bildirilib ki, oktyabrın 7-dən sonra İsrail ilə imzalanan bütün müqavilələr yerinə yetirilməyib.

 

Gözəl Həşimova

Seçilən
37
50
iqtisadiyyat.az

10Mənbələr