AZ

Qərb Zelenskini “tarixi biabırçılığa” məcbur edir: Kiyev Ukrayna ərazilərini Rusiyaya verməyə razılaşır

Qərb siyasi dairələri Zelenski hakimiyyətini indiki cəbhə xətti üzrə yeni sərhədləri rəsmən tanımamaq şərtilə işğal olunmuş Ukrayna ərazilərinin Rusiyanın nəzarətində qalmasına razı sala bilib, sadəcə, rəsmi Kiyev bunun əvəsində iki tələb irəli sürür... Birincisi, Ukraynanın rəsmi Kiyevin nəzarətində qalan hissəsinin Avropa Birliyinə tam hüquqlu üzvlüyüdür, İkinci şərt isə ABŞ-ın Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi təhlükəsizlik təminatının bu ölkəyə də eynilə tətbiq olunması ilə bağlıdır...

Ukrayna savaşının dayandırılması məqsədilə intensiv addımların atılmaqda olduğu bildirilir. Belə ki, bəzi Qərb siyasi dairələrinin Rusiya ilə səhnəarxası təmaslar qurduğu bildirilir. Əsas ehtimallar ondan ibarətdir ki, Kremlin sülh şərtlərini dəqiqləşdirmək cəhdləri göstərilir. Çünki Kreml savaşın dayandırılması üçün Qərbdən israrla Rusiyanın maraqlarına bağlı tələblərin qəbulunu tələb edir. Və bu, Qərbdə Rusiyanın maksimalist mövqe tutması kimi dəyərləndirilir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər Kreml Krım və Donbass da daxil olmaqla, hazırda işğal etdiyi bütün Ukrayna ərazilərinin Rusiyanın nəzarətində qalmasında israrlı mövqe tuturdu. Eyni zamanda, Rusiya Ukraynanın NATO-ya üzvlüyündən birmənalı şəkildə imtina edilməsində də israrlıdır. Kreml tələb edir ki, Ukrayna hərbi bloklara qoşulmayan neytral dövlət olsun və ərasisində NATO da daxil olmaqla, hər hansı xarici ölkənin həörbi bazası yerləşdirilməsin. Və Rusiya indiyə qədər israrlı mövqe tutduğu yalnız bir tələbindən geri çəkilməyə hazır olduğuna eyham vurur.

Məsələ ondadır ki, Kreml irəli sürdüyü tələblərin qəbul ediləcəyi təqdirdə, Ukraynanın Avropa Birliyinə üzvlüyü mövzusunda güzəştə gedə biləcəyini sezdirir. Ancaq bunun əvəzində Kreml Qərbdən Rusiyaya qarşı bütün sanksiyaların sülh sazişinin imzalanmasına qədər kəğv olunmasını da tələb edir. Düzdür, Avropa Birliyi ölkələrindən bəziləri də Kremlin bu tələbinin qəbuluna müsbət yanaşdıqlarını qətiyyən gizlətmirlər. Halbuki, Qərbdə Rusiyaya qarşı sanksiyaların ləğvinə yönəlik prosesin başladılmasına hələlik tam hazır deyillər. Və bu, sülh platformasının işə salınmasını qəlizləşdirir.

Digər tərəfdən, Qərbdə bəzi siyasi dairələr Rusiyanın yaxın vatlarda öz sülh şərtlərindən geri çəkilmək məcburiyyətində qala biləcəyini də istisna etmirlər. Onların kəşfiyyat məlumatlarına istinadən irəli sürdükləri iddialara görə, Rusiya ordusunun yay hücum kampaniyası üçün topladığı silah-sursat resursları artıq tükənmək üzrədir. Ona görə də, bu ilin sonu, gələn ilin əvvəllərinə doğru Rusiya ordusunun hücum əməliyyatlarının dayandırılması qaçılmaz ola bilər. Və tükənmiş resursların yerinin doldurulmasına aylarla vaxt lazım gələcəyindən, məhz həmin mərhələdə Rusiya ordusunun döyüş mövqelərinin zəiflədiyini nəzərə alan Kreml Qərbin şərtləri ilə razılaşmalı olacaq.

Maraqlıdır ki, Qərbin Ukrayna savaşının dayandırılması üçün irəli sürdüyü şərtlər artıq məlumdur. Belə ki, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq öz postunu təhvil verdikdən dərhal sonra həmin şərtləri açıq mətnlə sadalamışdı. Məlum olmuşdu ki, Qərb siyasi dairələri Ukraynanın işğal edilmiş ərazilərinin Rusiyanın nəzarətində qalmasına əslində, qarşı çıxmır. Eyni zamanda, Ukraynanın işğal olunmuş ərazilər istisna olmaqla, geri qalan hissəsinin Avropa Birliyinə üzvlüyünü mümkün hesab edir.

Nəhayət, Qərb siyasi dairələri rəsmi Kiyevə vaxtilə ABŞ-ın Kuril adaları nəzərə alınmadan, Yaponiyaya verdiyi təhlükəsizlik təminatına bənzər modelin Ukraynaya da aid olunmasını təklif edir. Bu isə elə Ukraynanın ərazi itkiləri hesabına Rusiya ilə sülh sazişi anlamı daşıyır. Və rəsmi Kiyevin bu modelə necə reaksiya verəcəyindən Ukraynanın gələcək taleyi birbaşa asılıdır.

Onu da qeyd edək ki, Ukrayna siyasi dairələrində də rəsmi Kiyevin Rusiya ilə sülh planının parlamentdə açıqlanması ilə bağlı tələblər intensiv xarakter almağa başlayıb. Zelenski bu tələbləri yerinə yetirməyə hələlik həvəsli olmasa da, rəsmi Kiyevin Rusiya ilə sülh danışıqlarında üzərində dayanacağı əsas şərtlər artıq tədricən məlum olmaqdadır. Belə ki, rəsmi Kievin ABŞ-dan təhlühəszilik təminatı və Avropa Birliyindən isə bu quruma tam üzvlük hüququ tələb etdiyi bildirilir. Və bütün bunlar NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin açıqladığı Qərbin sülh planının rəsmi Kiyev tərəfindən artıq qəbul olunduğunu göstərir.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski Avropa ölkələrinə səfər edib. Ukrayna prezidenti Fransa, İtaliya, Almaniya, Vatikan və Böyük Britaniya liderləri ilə Qərbin sülh planının müzakirəsinə başlayıb. Bəzi məlumatlara görə, Zelenski hakimiyyəti Ukrayna ərazilərinin itirilməsini rəsmən tanımadan, indiki cəbhə xətti boyunca atəşkəsə hazırdır. Belə anlaşılır ki, ABŞ və Qərbin dəstəyinin Ukraynanın gələcək taleyini xilas etmək üçün yetərli olmadığı qənaətinə gələn rəsmi Kiyev indki cəbhə xəttini yeni, ancaq qeyri-rəsmi sərhəd hesab etməyə məcbur qalıb. Və Zelenski hakimiyyətinin bu yeni sərhəd xəttini rəsmən tanımağa heç vaxt cəsarət etməyəcəyi isə qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, rəsmi Kiyev Rusiya ilə sülh prosesinin atəşkəs rejimi barədə razılaşma kimi reallaşmasında daha çox maraqlıdır. Çünki bu halda, Ukrayna ərazilərinin itirilməsi rəsmiləşməmiş qalacaq, təxminən 2014-cü ildə baş verənlərə bənzər situasiya yaranacaq və Zelenski hakimiyyəti Rusiya ilə imzalanmış sənədin real yükünə görə siyasi məsuliyyətdən yayınmaq şansı qazanacaq. Və bu, indiki situasiyada Qərbin sülh planının əsas istiqamətlərini təşkil edir.

Göründüyü kimi, Qərb siyasi dairələri rəsmi Kiyevi Ukrayna ərazilərinin itirilməsinə razı salmağa nail olublar. İndi Zelenski hakimiyyətinin əsas iki tələbi mövcuddur. Birincisi, Ukraynanın cəbhə xəttinə qədər olan, yəni, rəsmi Kiyevin nəzarətində qalan ərazisinin Avropa Birliyinə tam hüquqlu üzvlüyüdür.

İkinci şərt isə ABŞ-ın Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi təhlükəsizlik təminatının Ukraynaya da tətbiq olunması ilə bağlıdır. Və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı gələcəyə hüquqi boşluqlar saxlayan, yəni, yeni sərhədlərin rəsmən tanınmadığı modeldə atəşkəs anlaşması, yaxud sülh sazişi təklifinə Rusiyanın necə reaksiya verəcəyi böyük maraq doğurur.(Yeni Müsavat)

Seçilən
79
19
olke.az

10Mənbələr