AZ

İsrail Quterreşlə bağlı qərarı dəyişməyəcək - Katz

BMT Baş katibi Antonio Quterreşi "arzuolunmaz şəxs" (persona non-qrata) elan etmək qərarımı geri götürməyəcəm.

Azreform.info xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrail Katz X hesabında yazıb.

"Quterreş BMT-də dəstək üçün imza toplamağa cəhd etməyə davam edə bilər, qərar dəyişdirilməyəcək", - o yazıb.

Katz əlavə edib ki, o, BMT-nin baş katibini "persona non-qrata" elan edib və “İranın İsrailə raket hücumunu pisləmədiyinə görə” onun İsrailə girişini qadağan edib.

"Sorğu göstərdi ki, İsrail ictimaiyyətinin 87%-i bu qərarı dəstəkləyir", - Katz bildirib.

Qeyd edək ki, İsrail Katz oktyabrın 2-də Quterreşin İsrailə girişini qadağan edib. BMT üzvü olan 104 ölkə isə bu qərarı ədalətsiz adlandırıb və Quterreşə dəstəyini ifadə edib.

Seçilən
55
50
azreform.info

10Mənbələr