AZ

Almaniya İsrailə silah satışını artırıb

Almaniya son həftələrdə İsrailə silah və hərbi texnika satışını artırıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin bu il oktyabrın 13-nə olan məlumata görə, İsrailə ümumilikdə 45,74 milyon avro dəyərində silah və hərbi texnika satışına icazə verib.

Nazirlik hökumətin bu il avqustun 21-dən etibarən İsrailə 14 milyon 460 min avro dəyərində silah və hərbi texnika satışına icazə verdiyini açıqlamışdı.

Belə ki, Almaniya son 8 həftə ərzində İsrailə 31 milyon avro dəyərində silah və hərbi texnika satışına icazə verib.

Nazirlik tərəfindən hazırlanan hesabatda İsrailə silah ixracına qadağa yoxdur fikri bir daha vurğulanıb.

Əli Hüseynov

 

Seçilən
81
50
bakivaxti.az

10Mənbələr