AZ

Bayden qasırğaya görə 612 milyon dollar ayırdı

Amerika administrasiyası “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlarda fəsadların aradan qaldırılması üçün 612 milyon dollar ayırır.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Florida ştatında çıxışı zamanı bildirib.

“Bir neçə gün ərzində 2 milyondan çox insan üçün elektrik təchizatı bərpa edilib və 43 ştat və Kanadadan olan on minlərlə enerji şirkəti işçisinin fasiləsiz işləməsi sayəsində daha çox insan yaxın vaxtlarda elektrik enerjisi alacaq. Bu gün mən fəxrlə “Helen” və “Milton” qasırğalarından zərər çəkmiş əhaliyə dəstək üçün altı yeni qabaqcıl layihəyə 612 milyon dollar ayrıldığını elan edirəm”, – dövlət başçısı qeyd edib.

Vəsait zərər çəkmiş bölgələrdə elektrik təchizatının bərpasına, həmçinin regionun enerji sisteminin təkmilləşdirilməsinə və təbii fəlakətlərə qarşı daha davamlı olmasına imkan verəcək.

Baydendən sonra çıxış edən energetika naziri Cennifer Qrenholm bildirib ki, ştatın zədələnmiş elektrik şəbəkələrinin təxminən 75 %-i artıq bərpa edilib, işlər oktyabrın 15-i axşama qədər başa çatdırılacaq.

Bizim.Media

Seçilən
4
7
bizim.media

10Mənbələr