AZ

Bayden qasırğaya görə 612 milyon dollar ayırdı

Amerika administrasiyası Milton və Helen qasırğalarının təsirinə məruz qalan ştatlarda onların nəticələrini aradan qaldırmaq üçün 612 milyon dollar ayırır. 

Valyuta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Floridada çıxışı zamanı bildirib.

“Cəmi bir neçə gün ərzində 2 milyondan çox insana elektrik enerjisi bərpa olundu və 43 ştatda və Kanadada on minlərlə kommunal xidmət işçisi dayanmadan işləyir, bu gün qürurla elan edirəm ki, Helen və Milton qasırğalarından zərər çəkmiş icmaları dəstəkləmək üçün altı yeni qabaqcıl layihəyə 612 milyon dollar ayrılıb”, - deyə dövlət başçısı qeyd edib.

Vəsaitlər zərər çəkmiş ərazilərin elektrik təchizatının bərpasına kömək edəcək, eləcə də regionun enerji sistemini yaxşılaşdıraraq, onu təbii fəlakətlərə daha davamlı edəcək. Baydendən sonra çıxış edən energetika naziri Cennifer Qranholm bildirib ki, ştatın zədələnmiş elektrik şəbəkələrinin təxminən 75%-i artıq bərpa olunub və iş oktyabrın 15-i axşam saatlarında yekunlaşacaq.

3-cü kateqoriyaya aid olan Milton qasırğası oktyabrın 9-da Florida ştatının Siesta Key şəhəri yaxınlığında yerə enib. Oktyabrın 10-da qasırğa birinci kateqoriyaya qədər zəifləyib. Oktyabrın 7-də Bayden ştata yaxınlaşan Milton qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib. Bu arada, sentyabrın sonunda ABŞ-ın cənubunu vuran Helen qasırğası 200-dən çox insanın ölümünə və bölgəyə təxminən 35 milyard dollar dəyərində ziyan dəyməsinə səbəb olub.

Nicat

Seçilən
0
2
valyuta.az

10Mənbələr