AZ

Rusiya ordusunun Ukraynadakı itkiləri 670 mini keçdi

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1260 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 670 min 190 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 4 tank, 11 artilleriya sistemi və 19 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
15
missiya.az

10Mənbələr