AZ

Rusiya ordusunun Ukraynadakı itkiləri 680 mini keçib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1710 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 680 min 230 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 24 tank, 24 artilleriya sistemi və 64 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
15
missiya.az

10Mənbələr