Hakim Halil Umut Meleri yumruqlayan klub prezidenti üçün tələb olunan cəza bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə "Ankaragücü"nün sabiq prezidenti Faruk Kocanın məhkəməsində prokuror rəyi açıqlanıb.
Təhdid, hədə-qorxu, idmanda şiddət və nizamsızlığın qarşısının alınmasına görə qanunun pozulması, sümük sınıqlarına səbəb olacaq şəkildə qəsdən xəsarət yetirmə iddialarıyla Faruk Koca üçün 13 ilə qədər həbs cəzası istənilib.
Məhkəmə noyabrın 11-dək təxirə salınıb.
Qeyd edək ki, ötən mövsüm Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.
18 yaşlı müdafiəçi “Liverpul”un hədəfində
Sarr “Milan” yolunda
"Qalatasaray"ın 2 futbolçusu millinin heyətindən çıxarılıb
Tuxel milliyə rəhbərlik edə bilər
"Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO