EN

Hakimə hücum edən klub prezidenti üçün tələb olunan cəza müəyyənləşib

Hakim Halil Umut Meleri yumruqlayan klub prezidenti üçün tələb olunan cəza bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə "Ankaragücü"nün sabiq prezidenti Faruk Kocanın məhkəməsində prokuror rəyi açıqlanıb.

Təhdid, hədə-qorxu, idmanda şiddət və nizamsızlığın qarşısının alınmasına görə qanunun pozulması, sümük sınıqlarına səbəb olacaq şəkildə qəsdən xəsarət yetirmə iddialarıyla Faruk Koca üçün 13 ilə qədər həbs cəzası istənilib.

Məhkəmə noyabrın 11-dək təxirə salınıb.

Qeyd edək ki, ötən mövsüm Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.

18 yaşlı müdafiəçi “Liverpul”un hədəfində

Sarr “Milan” yolunda

"Qalatasaray"ın 2 futbolçusu millinin heyətindən çıxarılıb

Tuxel milliyə rəhbərlik edə bilər

"Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO

Chosen
11
1
apasport.az

2Sources