AZ

39 yaşlı Modriçdən "Real" qərarı

"Real"ın yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda karyerasını bitirmək fikrində deyil.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xorvatiyalı futbolçu klub üçün əhəmiyyətini sübut etmək və 2025-ci ilin yayında başa çatacaq müqaviləni bir daha uzatmaq niyyətindədir.

O, 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər "Real"ın futbolçusu olaraq qalmaq istədiyi qeyd olunub.

Qeyd edək ki, Modriç 2012-ci ildən "kral klubu"nda oynayır. Bu mövsüm 39 yaşlı futbolçu bütün turnirlərdə 12 matçda iştirak edib və 2 qolun ötürməsini edib.

Seçilən
74
12
ikisahil.az

10Mənbələr