AZ

37 yaşlı Suaresdən önəmli qərar: Dayanır, yoxsa…

“İnter Mayami”nin 37 yaşlı hücumçusu Luis Suares Amerika klubu ilə 2024-cü ilin sonunda başa çatacaq əmək müqaviləsini uzatmaq istədiyini bildirib.

Publika.az xəbər verir ki, Suares “Mən bilirəm ki, vəkilim klubla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. Mən hələ də içimdə böyük həvəs olduğunu kluba göstərərək mövsümü ən yaxşı şəkildə başa vurmaq istəyirəm. Fiziki cəhətdən özümü əla hiss edirəm və bu klubun tarixinin bir parçası olmağa davam etmək istəyirəm”, – deyə bildirib.

Uruqvaylı futbolçu 2024-cü ilin yanvarında “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 33 matçda iştirak edib, 22 qol vurub, 10 məhsuldar ötürmə edib.

Seçilən
78
12
publika.az

10Mənbələr