Cari dövrdə qadınlar olduqca mühim rol oynayır.Olaylar.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan Bakıda "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib."Hindistan bu yaxınlarda Aya missiya göndərdi və bu prosesdə qadın alimlər iştirak edirdi. Dünyanın ən böyük demokratik ölkəsi olan Hindistan bu sahədə siyasi liderliyi üzərinə götürərək bir çox islahatlar həyata keçirib. Hindistan parlamentinin aşağı palatasında 34 faiz qadın təmsil olunur",- deyə o bildirib.Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta