İki gündür Bakının Kürdəxanı kəndində suyun verilişi dayandırılıb.
Day.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya həmin ərazidə yaşayan sakinlər müraciət edib.
Vətəndaşlar susuzluqdan əziyyət çəkdiklərini, qurumun qaynar xəttinə edilən müraciətlərin isə cavabsız qaldığını bildiriblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.
Qurumdan saytımıza cavab olaraq bildirilib ki, ərazidəki su xəttində qəza baş verib: "Bu səbəbdən də suyun verilməsində fasilə yaranıb. Hazırda içməli su şəbəkəsində təmir-bərpa işləri yekunlaşdırılıb. Gün ərzində suyun verilməsi bərpa olunacaq".