AZ

Sulutəpə niyə susuz qalıb? - Açıqlama

Binəqədi rayonu Sulutəpə qəsəbəsindən keçən su xəttində qəza baş verdiyi üçün həmin əraziyə içməli suyun verilməsində fasilə yaranıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.

"İşlər bitəndən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq".

Qeyd edək ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində oktyabrın 25-i səhər saatlarından suyun verilişi dayandırılıb.

Seçilən
17
2
axar.az

10Mənbələr