Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub. Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib. 70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb. Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib. 21:49 Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub. Qonaqlar növbəti dəfə fərqləniblər - 3:1. 87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb. 21:34 Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub. Qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 2:1. 75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib. 21:14 UEFA Millətlər Liqasının IV turunda Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən oyunda ikinci hissə başlayıb. Manset.az xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1. Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə isə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı norveçli hakim Raxit Saggi idarə edir. 20:52 Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb. Manset.az xəbər verir ki, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1. Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib. 20:40 Azərbaycan - Slovakiya oyununda Toral Bayramov 38-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1. Manset.az canlı yayımı təqdim edir: 20:24 Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub. Manset.az xəbər verir ki, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar. Rahil Məmmədov avtoqol müəllifi olub. 20:04 UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb. Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir. Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub. Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib. 18:57 UEFA Millətlər Liqasının C Divizionunun IV tur oyununda Bakıda üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyəti açıqlanıb. Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar: Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Ceyhun Nuriyev, Ramil Şeydayev, Toral Bayramov, Mahir Emreli Baş məşqçi: Fernandu Santuş Slovakiya: Marek Rodak, Lübomir Şatka, Milan Şkrinyar, David Hantsko, Peter Pekarik, Stanislav Lobotka, Ondrey Duda, Laslo Beneş, Tomas Suslov, Lukas Haraşlin, David Strelets. Baş məşqçi: Françesko Kaltsona Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.