AZ

Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub – YENİLƏNDİ – 2

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib.

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.

Tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar – 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib./Report

DOĞRU.AZ

Seçilən
0
6
dogru.az

10Mənbələr