Azərbaycan təbii qazı Rusiyadan 185 dollara alıb – Türkiyəyə 310 dollara satıb
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xarici ölkələrə 15 milyard 826 milyon 740 min kub metr həcmində təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 5 milyard 455 milyon 694 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 344,7 dollar olub.
Azərbaycan bu ilin ilk 8 ayında təbii qaz aşağıdakı ölkələrə satıb:
Qeyd edək ki, Azərbaycan bu ilin ilk 8 ayında 2 ölkədən – Rusiya və Türkmənistandan təbii qaz idxal edib. Yanvar-avqust aylarında Rusiyadan 141 milyon 648 min kub metr, Türkmənistandan isə 326 milyon 92 min kib metr təbii qaz alınıb. Rusiyadan alınan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 185 dollar, Türkmənistandan alınan qazın 1000 kub metrinin gömrük dəyəri isə 150 dollar olub.
Elnur Əli