AZ

Meksikadan Avropaya ilk sıxlaşdırılmış təbii qaz tədarükü

Meksika, sıxlaşdırılmış təbii qazın Avropaya ilk tədarükünü həyata keçirib.

Fins.az xəbər verir ki, Energos Princess tankerinin bu həftə 60 min ton STQ gətirdiyi bildirilib. Tədarük, New Fortress şirkətinin Altamira layihəsindən reallaşıb və ABŞ Energetika Nazirliyinin 31 avqustda verdiyi ixrac icazəsi sayəsində mümkün olub.

Bu icazə, Meksikanın azad ticarət sazişi olmayan ölkələrə qaz ixrac etməsinə imkan tanıyır. Meksikanın enerji sektoru, ABŞ-dakı yavaşlamaya qarşı fəal inkişaf edir. Wood Mackenzie proqnozlarına görə, 2040-cı ilə qədər Meksika ildə 36 milyon tondan çox STQ ixrac edə bilər, bu da onun qlobal enerji bazarındakı mövqeyini gücləndirəcək.

Seçilən
93
50
fins.az

10Mənbələr