AZ

2024-cü ilin III rübü: Smartfon satışları açıqlandı – Lider dəyişmədi

2024-cü ilin III rübündə də qlobal smartfon satışları artmağa davam edib.  

"International Data Corporation (IDC)"-nin yeni hesabatına görə, 2024-cü ilin üçüncü rübündə qlobal smartfon tədarükü 4% artaraq 316,1 milyon ədədə çatıb. 

Valyuta.az-ın verdiyi xəbərə görə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, smartfon bazarı ardıcıl beşinci rübdə də böyüməyə davam edib.  

Hesabatda qeyd edilir ki, bu artımda xüsusilə Çin smartfon istehsalçılarının performansı mühüm rol oynayıb. "IDC AP Client Devices"-in baş tədqiqat müdiri "Will Wong", "vivo", "OPPO", "Xiaomi", "Lenovo" və "Huawei" kimi markaların bazarın böyüməsinə öncüllük etdiyini vurğulayıb. O əlavə edib ki, bəzi istehsalçılar yüksək istehsal xərcləri ilə mübarizə aparsa da, inkişaf etməkdə olan bazarlardakı valyuta dəyişikliklərindən faydalanaraq böyümə əldə edə biliblər.  

IDC-nın Dünya üzrə Müştəri Cihazları Araşdırma Direktoru Nabila Popal "Apple"-ın da güclü inkişaf nümayiş etdirdiyini bildirib. Popal, köhnə iPhone modellərinə tələbatın yüksək olduğunu və "iPhone 16" seriyasının satışa çıxarılmasının bu artımı sürətləndirdiyini qeyd edib. Apple-ın süni intellekt dəstəkli yeni telefonları ilə istifadəçilərin cihazlarını yeniləməsi gözlənilir və bu tendensiyanın ilin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.  

2024 Üçüncü Rüb: Ən Böyük Smartfon İstehsalçıları  

Şirkət   2024 III rüb satışları  2024 III rüb bazar payı 
Samsung 57.8 milyon %18.3
Apple 56.0 milyon %17.7
Xiaomi 42.8 milyon %13.5
OPPO 28.8 milyon %9.1
vivo 27.0 milyon %8.5
Diğər 103.7 milyon %32.8

"Samsung" ümumi tədarük həcmlərində azalma ilə üzləşsə də, flaqman seqmentində liderliyini qorumağı bacarıb. "EMEA Müştəri Cihazları üzrə Vitse-Prezident Francisco Jeronimo", Samsung-un süni intellekt dəstəkli yeni "Galaxy" cihazları və qatlanan modellərinin flaqman seqmentində daha yaxşı performans göstərməsinə kömək etdiyini vurğulayıb.

Aydın

Seçilən
57
13
valyuta.az

10Mənbələr