AZ

İlham Əliyev FENOMENİ

Prezident İlham Əliyevin Azərbaycan və dünya siyasətində ciddi və bütün siyasi qütblərin hesablaşmalı olduğu siyasi gücə çevrilməsi onun təkrar olunmaz şəxsi keyfiyyətlərinin və obyektiv proseslərin məntiqi nəticəsidir.

 

İlham Əliyev 2003-cü ildən keçən iyirmi bir il zaman kəsiyində yeni əsrin, yeni zamanın lideri kimi xalqın və dövlətin idarə olunmasının bütün məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu sübut etdi.

 

Yaşadığımız günlərdə bunun bir daha şahidi oluruq. Onun siyasi və dövlətçilik fəaliyyəti, daxili və xarici siyasət sahəsində atdığı addımlar biri digərini təkzib etmir, əksinə, məntiqi ardıcıllıqla bir-birini tamamlayır. İlham Əliyevin dövlət idarəçiliyi, xarici və daxili siyasətlə bağlı baxışlar sistemində ziddiyyətli və kəsişən xətlər yoxdur, onun bütün problemlərə, baş verən hadisələrə və proseslərə münasibəti birmənalı və dəqiqdir. Bu amil sözsüz ki, İlham Əliyev haqqında ictimai rəydə, eyni zamanda beynəlxalq aləmdə daha dolğun təsəvvürlərin yaranmasını şərtləndirir. Və hər kəs onu yüksək dəyərlərin daşıyıcısı kimi qiymətləndirir.

 

İLHAM ESGER.jpg (246 KB)

 

Təbii ki, İlham Əliyevin böyük siyasətdə uğurlarını təmin edən şəxsi keyfiyyətlərlə bərabər, onun fəaliyyətini stimullaşdıran faktorları da unutmaq olmaz. İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən mühüm amillərdən bəlkə də, ən birincisi onun təkmil siyasi təlimə - Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu faktorun Azərbaycan dövlətçiliyinin tale­yində oynadığı tarixi və müstəsna rol artıq öz təsdiqini tapıb. Ən başlıcası isə, həmin təlim Azərbaycanın müstəqilliyinə və onun əbədi, dönməz xarakter daşımasına təminat verir. Eyni zamanda bu təlim dövlətin idarə edil­məsi missiyasını öz üzərinə götürən şəxsdən daha məsuliyyətli olmağı tələb edir.

 

Bu baxımdan, siyasi fəaliyyətini dar qrup çərçivəsində həyata keçirməyə meylli olmayan, öz potensialını daha geniş müstəvidə ortaya qoyan və mühüm nəticələr qazanmağı bacaran İlham Əliyevin əldə etdiyi siyasi dividentlər təsadüfi hesab edilməməlidir və cəmiyyətin İlham Əliyev amilinə dəqiq, qərəzsiz, vicdanlı qiymətləndirmə­sində əsas göstəricilərdən biri kimi bu faktorun rolu inkaredilməzdir.

 

15 oktyabr seçkisindən sonra təbii ki, İlham Əliyev fenomeni ilə bağlı gedən ictimai müzakirələr yeni mərhələyə qədəm qoydu. Bu mərhələdə, hətta, onun opponentləri belə İlham Əliyev faktoruna daha ciddi önəm verdiklərini gizlətmirlər. 2003-cü il və sonrakı prezident seçkilərində Azərbaycan xalqı tərəfindən ciddi və sarsıdıcı zərbələr alan müxalifət İlham Əliyevin qətiyyəti, intelekti, potensialı, peşəkarlığı və işgüzarlığı qarşısında daha zəif və misgin görünməkdədir.

 

Milli ənənələrə, dövlətçilik prinsiplərinə möhkəm tellərlə bağlı olan İlham Əliyev milli-əxlaqi dəyərlərimizə pozitiv anlamda mühafizəkarlıq prizmasından yanaşır. Xarizmatik lider olaraq İlham Əliyev həm də hədsiz dərəcədə özünə nəzarətin və qanunçuluğun təminatçısı kimi tanınır. Onun fəaliyyətində və siyasi davranışlarında ciddi nizam-intizam, məsuliyyət hissi var.

 

İlham Əliyev güclü təfəkkürə malikdir və yetərincə enerjilidir ki, bu da onun siyasi fəaliyyətinin effektliyinin başlıca mənbəyidir.

 

O, həm də fərqli keyfiyyətləri özündə cəmləşdirən siyasi xadimdir. Onun cəmiyyətə  və ictimai-siyasi proseslərə baxışlar sistemi başqalarından ciddi şəkildə fərqlənir. İlham Əliyevin baxışlar sistemi zəngindir, rənga-rəngdir, müasir dünyanın üstün və demokratik dəyərlərinin milli koloritlə vəhdətidir. Dözümlüdür, təmkinli və səbirlidir, dövlətçilikdə, taleyüklü problemlərimizin həllində qətiyyətli və prinsipialdır, adi həyatda isə sadə, səmimi, xeyirxahdır. Bütün varlığı ilə Vətənə və mənsub olduğu millətə bağlıdır.

 

İlham Əliyev 1994-cü ildən siyasi proseslərdə fəal iştirak edib, parlamentdə, ARDNŞ-də, dövlət quruculuğu və ictimai işlərlə intensiv şəkildə məşğul olub. O, klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu müvəffəqiyyətlə sınaqdan çıxaran siyasətçi obrazının daşıyıcısı kimi siyasətdə, iqtisadi islahatlara yeni nəfəs gətirən və ona böyük təkan verən reformator, diplomatiyada çevik, ənənəçi və yenilikçi, mötədil və liberal dəyərləri sintez etməyi bacaran dövlət xadimidir.

 

Ali Baş Komandan və istedadlı strateq kimi fəaliyyətinin ən pik zirvəsinə qalxaraq, 44 günlük Vətən müharibəsi və bir neçə saatlıq anti-terror əməliyyatılə 200 illik işğala son qoymağın əsaslarını yaratdı, respublikamızın ərazi bütövlüyünü və suverenliyini təmin etdi, ölkəmizdən ermənilərin kökünü kəsməyi bacardı. Bu, milli tariximizin olduqca qeyri-adi bir hadisəsidir.

 

İlham Əliyev iti zəkası, vaxtında lazımi və zəruri qərarları qəbul etmək bacarığı, siyasi intuisiyası, hazırlıq səviyyəsi, analitik təhlil qabiliyyəti ilə ölkədə və ölkə xaricində böyük rəğbət qazanıb. Şübhə yoxdur ki, mərhum Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək üçün İlham Əliyev şəxsiyyətinə hələ uzun illər ciddi ehtiyac duyulacaq.

 

HEYDER İLHAM.jpg (428 KB)

 

İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını və gələcəyini müəyyən edir. Təbii ki, bu, Ulu Öndər Heydər Əliyev ideyalarının inkişaf etdirilməsində əvəzedilməz faktordur. İlham Əliyev Ümummilli Liderimizin qurduğu dövləti yaşatmağa, onu daha uca zirvələrə aparmağa qadir olan mükəmməl dövlət başçısıdır.

 

2003-cü ildə milli dövlətçiliyimizdə yeni mərhələnin - İlham Əliyev mərhələsinin əsası qoyuldu. Ulu Öndərimiz Heydər Əliyevin zəngin və tükənməz siyasi irsinə, dövlətçilik ənənələrinə və xalqımızın iradəsinə söykənən İlham Əliyev ötən 21 ildə özünü görkəmli dövlət xadimi və Dünya səviyyəli lider kimi təsdiq etdi. Bu illər sübut etdi ki, İlham Əliyevlə davam edən dövlətçiliyimiz onun hakimiyyəti illərində daha ciddi uğurlar qazanacaq, uca zirvələrə yüksələcək.

 

Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri, professor

phrase_var_article.chosen
67
3
sfera.az

10phrase_var_article.sources