"One Direction" musiqi qrupunun keçmiş üzvü Liam Peyn həyatının son illərində böhran keçirib və vaxtaşırı dağıdıcı həyat tərzi yaşayıb.
Publika.az xəbər verir ki, bu barədə "Page Six" öz mənbəsinə istinadla yazır.
"Musiqiçi problemlərini açıq şəkildə etiraf edib, lakin bəzən onları azaltmağa çalışıb"- portalın həmsöhbəti deyib.
Xqeyd edilib ki, o, xüsusilə, 2021-ci ildə podkastlardan birinin efirində hansısa məqamda psixoloji dibə çatdığını və ekzistensial problemlərdən əziyyət çəkdiyini paylaşmışdı.
Jurnalistlər qeyd ediblər ki, sənətçi ölümündən əvvəl keçmiş nişanlısı, amerikalı model Maya Henry ilə hüquqi problemlərdən depressiyaya düşüb.
Xatırladaq ki, bir neçə gün öncə 31 yaşlı müğənni Argentinanın paytaxtı Buenos-Ayresin Palermo bölgəsindəki otelin yaxınlığında ölü tapılıb. İlkin versiyaya görə, o, otağında iğtişaş törədib, daha sonra hündürlükdən yıxılaraq ölüb.