AZ

Məşhur biznesmen Roqaçev intihar etdi

“YUKOS EP” şirkətinin korporativ idarəetmə üzrə keçmiş vitse-prezidenti Mixail Roqaçev Moskvada ölü tapılıb. İlkin məlumata görə, o, pəncərədən yıxılıb.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, 64 yaşlı Mixail Roqaçevin meyiti saat 8.30 radələrində yaşadığı Protopopovskidəki evin həyətində tapılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Nəşr bildirib ki, onun intihar etdiyi ehtimalı var:

“Onun səhhətində, o cümlədən əsəblərində ciddi problemlər var idi. İntihardan əvvəl yazdığı qeydində iş adamı həkimləri danlayıb və həyat yoldaşı ilə vidalaşıb”.

Mixail Roqaçev 90-cı illərdə “Yukos” korporasiyasında rəhbər vəzifələrdə çalışıb. Daha sonra o, ONEXIM qrupunun icraçı direktoru, “Norilsk Nikel” dağ-mədən və metallurgiya şirkətinin baş direktorunun müavini olub.

phrase_var_article.chosen
68
5
qaziler.az

10phrase_var_article.sources