AZ

Qızıl kəskin bahalaşdı

Çikaqo Ticarət Birjasında (CME) qızılın qiyməti bir unsiya üçün 2750,9 dollara yüksəlib və bu, tarixi maksimuma çevrilib.

Oxu24.com xəbər verir  ki, bu barədə RBC məlumat yayıb.

Beləliklə, birjada dekabr müqaviləsinin dəyəri 0,77% artıb.

Qeyd olunur ki, qızılın qiyməti bir sıra amillərə görə qalxır. Onların arasında Yaxın Şərqdəki geosiyasi risklər də var. Noyabrın 5-də Donald Tramp və Kamala Harris arasında gərgin yarışın gözlənildiyi ABŞ seçkiləri öncəsi qeyri-müəyyənlik səbəbindən etibarlı sığınacaq kimi qızıla tələbat da artıb. Commonwealth Bank of Australia analitiki Vivek Dhar hesab edir ki, qızıl fyuçersləri 2025-ci ilin dördüncü rübündə bir unsiya üçün orta hesabla 3000 dollara qədər yüksələ bilər.

Rusiya Maliyyə Nazirliyinin rəis müavini Aleksey Moiseev əvvəllər bəyan etmişdi ki, əmanətlərin xarici valyutada saxlanması hazırda təhlükəlidir. O, qızılı etibarlı uzunmüddətli investisiya adlandıraraq əlavə edib ki, kifayət qədər əmanətiniz varsa, onda 10%-ni saxlaya bilərsiniz.

 

Nigar

 

Seçilən
75
10
oxu24.com

10Mənbələr