AZ

Qızılın qiyməti tarixi zirvədə - DETALLAR

"Citi Research", ABŞ-ın əmək bazarında vəziyyətin pisləşməsini və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmasını əsas gətirərək qızıl qiymətləri ilə bağlı üç aylıq proqnozunu artırıb.

Dünyada ən çox qızıl ehtiyatı olan ölkələr – SİYAHI

FED.az xəbər verir ki,  spot qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 2.723,06 dollar təşkil edib. ABŞ qızıl fyuçersləri isə 0,1% ucuzlaşaraq 2.737,1 dollara düşüb. Bazar ertəsi qızıl 2.740,37 dollarla tarixdə ən yüksək qiymətə çatıb və bu il ərzində təxminən 32% artım göstərib. Bu artım qlobal qeyri-müəyyənliklər və pul siyasətinin yumşaldılması ilə əlaqədardır.

Eyni zamanda, ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi son 12 həftədə maksimum həddə çatıb, dollar isə avqustun 2-dən bəri ən yüksək səviyyəyə qalxıb. Təhlilçilər noyabrda ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyinə 87% ehtimal verirlər.

Seçilən
56
10
fed.az

10Mənbələr