AZ

Bu gün Kazan şəhərində BRİKS sammiti keçirilir BİRBAŞA

13:55

BRİKS-in Kazan sammiti oktyabrın 22-də qeyri-rəsmi nahara gələn dövlət nümayəndə heyətlərinin başçılarının qarşılanma mərasimi ilə başlayacaq. Sonra qeyri-rəsmi naharolacaq. Bu barədə onun saytında dərc olunmuş tədbir proqramında məlumat verilir.

Növbəti gün, oktyabrın 23-də BRİKS sammitinin məhdud və geniş tərkibdə görüşləri, assosiasiya sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının rəsmi görüş mərasimi və qala qəbulu olacaq. Tədbirin sonuncu günü, oktyabrın 24-də BRİKS sammitinin birinci plenar iclası və autreach/BRICS plus formatında ikinci plenar iclası, həmçinin Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransı keçiriləcək.

BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Bu, geniş formatda ilk sammit olacaq. Bu ildən Misir, İran, BƏƏ və Efiopiya assosiasiyanın beş əsas ölkəsinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulub. 2024-cü ildə Rusiya BRİKS-ə sədrlik edir.

***

12:43

Bu gün Rusiyanın Kazan şəhərində BRİKS saamiti başlayır.

Rusiya Prezidenti Vladimir Putin dünən axşamdan Kazan şəhərindədir.

Bu gün isə Hindistanın Baş naziri Narendra Modi, Efiopiyanın Baş naziri Abiy Əhməd, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza, Çin lideri Si Cinpin, Misir Presidenti Əbdülfəttah Əs-Sisi artıq Kazan şəhərinə gəliblər.

***

11:49

BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, Cənubi Afrika isə 2011-ci ildə ona qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub.

2024-cü il yanvarın 1-dən Rusiya BRİKS-ə bir illik sədrlik edib. Burada 200-dən çox müxtəlif tədbirlər var. Oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammiti Rusiyanın sədrliyi dövründə assosiasiyanın əsas tədbiri olacaq.

Bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Türkiyə Prezidenti R.T.Ərdoğanın bu günkü qrafikində Kazan sammiti nəzərdə tutlmayıb.

phrase_var_article.chosen
134
3
anspress.com

10phrase_var_article.sources