Bu gün BRİKS sammitinin məhdud və geniş tərkibdə görüşləri, assosiasiya sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının rəsmi görüş mərasimi və qala qəbulu olacaq. Tədbirin sonuncu günü, oktyabrın 24-də BRİKS sammitinin birinci plenar iclası və autreach/BRICS plus formatında ikinci plenar iclası, həmçinin Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransı keçiriləcək.
Hindistanın Baş naziri Narendra Modi, Efiopiyanın Baş naziri Abiy Əhməd, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza, Çin lideri Si Cinpin, Misir Presidenti Əbdülfəttah Əs-Sisi, İran Prezidenti Məsud Pezeşkian və s. artıq dünən Kazan şəhərinə gəliblər.
BRİKS sammiti oktyabrın 22-dən başlayıb və oktyabrın 24-dək Kazanda keçiriləcək. Bu, geniş formatda ilk sammit olacaq. Bu ildən Misir, İran, BƏƏ və Efiopiya da assosiasiyanın beş əsas ölkəsinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulub. 2024-cü ildə Rusiya BRİKS-ə sədrlik edir.