AZ

Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Güzdan" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

 

Bu barədə Sfera.az AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

 

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

 

AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis”, "PulPal", "K Group" və “Greentek Group” MMC-lərə, "GoldenPay" ASC-yə, “Mpay” və “Payriff” QSC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus”, “Cibpay”, “Fizza Pay” və “Kabox” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 22-yə çatıb.

Seçilən
29
23
sfera.az

10Mənbələr