AZ

Mərkəzi Bank elektron pul təşkilatı fəaliyyəti göstərən şirkətə lisenziya verib

Mərkəzi

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 25 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

AMB-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir.

Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

 

Seçilən
20
4
azertag.az

10Mənbələr