AZ

Türkiyədə terror aktı nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb - YENİLƏNİB-4

TUSAŞ-da terror hücumu zamanı ölənlərin sayı 5-ə çatıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, 2-si ağır olmaqla 19 yaralı vətəndaşın isə müalicəsi davam edir. Nazir həmçinin, ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini əlavə edib.

***

19:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.

Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.

Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.

***

18:54

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

***

18:26

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

***

17:35

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) qarşısında atışma davam edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, içəridə girovların olduğu bildirilir.

***

17:11

Ankaranın Kahramankazan rayonunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) qarşısında silahlı hücum olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.

Türkiyədə
Seçilən
29
8
apa.az

10Mənbələr