Türkiyədə TUSAŞ-a terror hücumu zamanı ölənlərin sayı 5-ə çatıb.
Herbiand.az xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, 2-si ağır olmaqla 19 yaralı vətəndaşın isə müalicəsi davam edir. Nazir həmçinin, ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini əlavə edib.