AZ

"SSRİ-nin parçalanması prosesi hələ başa çatmayıb..." - məşhur əfqan riyaziyyatçısından proqnoz

"Rusiya Federasiyası yeni slavyan ittifaqının mərkəzinə çevriləcək, bu da qlobal qarşıdurmaya son qoyacaq..."
 
Əfqan riyaziyyatçısı Rusiya və slavyan dövlətlərinin gələcəyi ilə bağlı proqnoz verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "pg12.ru" nəşri məlumat verib.
 
Özünün unikal riyazi modelinə əsaslanaraq siyasi hadisələrin qeyri-standart proqnozları ilə tanınan əfqan riyaziyyatçısı Sadıq Əfqan Rusiya və dünyanın gələcəyi ilə bağlı öz baxışlarını bölüşüb. 
 
SSRİ-də böyüyən və onun parçalanması proqnozunu verən Əfqan Rusiyaya dərin bağlılığını saxlayır, onun hesablamalarının əksəriyyəti məhz ona həsr edilib.
 
O, iddia edir ki, SSRİ-nin 1991-ci ildə başlanan dağılması prosesi başa çatmayıb, lakin 2025-ci ildə meyllər əsaslı surətdə dəyişəcək.
 
Əfqanın fikrincə, 2025-ci il dönüş ili olacaq və parçalanma davam etməyəcək, yeni SSRİ-nin formalaşması başlayacaq.
 
Onun hesablamalarına görə, birləşməyə ilk addımı Ukrayna atacaq, bu zaman təşəbbüs Rusiyadan gələcək. Ukrayna ərazilərinin bir hissəsi birləşdirildikdən sonra yenilənən SSRİ-nin ərazisi tez bir zamanda genişlənməyə başlayacaq.
 
Riyaziyyatçı 2025-ci ildə üç slavyan dövlətinin birləşməsi üçün zəmin yaranacağını, Çerniqovda baş verəcək hadisələrin bu prosesin katalizatoru olacağını proqnoz edib. 
 
Onun proqnozlarına görə, Rusiya Federasiyası yeni slavyan ittifaqının mərkəzinə çevriləcək, bu da qlobal qarşıdurmaya son qoyacaq. Bu proses artıq təşəkkül tapmağa başlayıb.
 
Əfqan 2024-cü ili Rusiyanın ən yeni tarixində ən mürəkkəb il hesab edir. Onun fikrincə, slavyan xalqlarının taleyində dönüş məqamı 2025-ci ildə baş verəcək və bu, Rusiya üçün taleyüklü olacaq. 
 
Həlledici hadisə Kreml tərəfindən xüsusi ittifaqın bağlanması olacaq, bununla da 2025-ci ilədək yeni ittifaqın formalaşacağı barədə beş il öncə Vladimir Jirinovskinin proqnozları təsdiq ediləcək.
 
Əfqanın mürəkkəb riyazi modelə əsaslanan proqnozları həm maraq, həm də skeptisizm doğurur. Lakin onun o cümlədən SSRİ-nin parçalanması da daxil olmaqla əvvəlki proqnozları indiki hesablamalarının mümkün dəqiqliyi barədə düşünməyə vadar edir.
 
Qeyd edək ki, siyasi xarakterli proqnozlar həmişə ehtimal xarakter daşıyır və onlara zəmanət verilə bilməz.
Seçilən
61
50
moderator.az

10Mənbələr