AZ

"Gürcüstan ölümcül təhlükədədir" - Saakaşvili 

 
"Biz birləşməsək və seçkiyə getməsək, hər şeydən məhrum olacaq və Rusiyanın adi bir hissəsinə çevriləcəyik..."
 
Gürcüstanın həbsdə olan sabiq prezidenti parlament seçkilərində səfərbərliyə çağırış edib
 
Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin sabiq prezidenti Mixail Saakaşvili özünün "Facebook" səhifəsində ölkə sakinlərinə müraciət edərək səsvermədə iştirak etməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
 
Onun sözlərinə görə, Gürcüstan "ölümcül təhlükədədir". O, seçicilərə seçki məntəqələrinə gəlməyə və "Gürcüstanın birliyini qoruyub saxlamağa" çağırıb. Əks halda ölkə təcavüzkar Rusiyanın bir hissəsi olacaq, o, belə hesab edir.
 
"Bizi böyük fəlakət gözləyir. Əgər biz birləşməsək və oktyabrın 26-da seçki məntəqələrinə getməsək, biz təkcə Avropa İttifaqı ilə vizasız rejimini itirməyəcək, ölkə təkcə kəskin surətdə yoxsullaşmayacaq. Biz hər şeydən məhrum olacaq və Rusiya Federasiyasının adi bir hissəsi olacağıq", - o, yazıb.
 
Saakaşvili "bütün partiyalara və fəal insanlara" dağ regionlarından seçicilərin səsvermə yerlərinə daşınmasına, avtobusların əngəlləndiyi təqdirdə məntəqələrə özəl nəqliyyatla gedib çatmasına yardım göstərməyə çağırış edib.
 
"Hər bir səsin itirilməsi ölümcül təhlükə deməkdir, yalnız tam səfərbərlik məsələnin həllidir!" - Saakaşvili öz əqidədaşlarına müraciət edib.
 
 

 
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ölkədə dörd il müddətinə seçilən parlament hakimiyyət forması hökm sürür. Deputatlar yalnız proporsional sistem üzrə namizədliyini irəli sürür. Parlament çoxluğunun formalaşması üçün ən azı 76 mandat, Konstitusiya çoxluğu üçün 113 yer lazımdır.
 
Seçkilərdə iştirak etmək üçün 19 siyasi qrup qeydə alınıb. Əsas iddiaçılar "Gürcü arzusu" (2012-ci ildən hakimiyyətdədir, "Xalqın gücü" siyasi hərəkatı birləşdirir), Gürcüstanın xilası naminə Birlik"(buraya "Milli Hərəkat", "Arqmaşenebeli Strategiyası" və bir sıra hərəkatlar daxildir), "Dəyişikliklər uğrunda Koalisiya", "Güclü Gürcüstan" alyansı və sabiq baş nazir Georgi Qaxariya başda olmaqla "Gürcüstan uğrunda" koalisiyadır.
 
Yerli telekanalların sifarişi ilə keçirilən və nəticələri oktyabrın 23-də dərc edilən sorğular hakim partiyasının liderliyini göstərib.
 
Bu zaman hökumətyönümlü "İmedi" teleşirkətinin sifarişi ilə keçirilən sorğu seçkilərdə "Gürcü arzusu" partiyasının 60, 2 faiz səs qazanacağını proqnozlaşdırıb.
 
Eyni zamanda "Formula" müxalif kanalı tərəfindən təşkil edilən sosioloji sorğu "Gürcü arzusu"na yalnız 34 faiz səs vəd edir.
Seçilən
51
12
moderator.az

10Mənbələr