AZ

Şimali Koreya hərbçilərinin bir qrupu Kursk istiqamətində hərbi əməliyyatlara cəlb olunub - Ukrayna kəşfiyyatı

Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiya ərazisinə gətirilən Şimali Koreya hərbçilərinin bir qrupu oktyabrın 23-dən etibarən Kursk istiqamətindəki hərbi əməliyyatlara cəlb olunub.

APA-nın məlumatına görə, bu barədə informasiya Ukraynanın Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalında yerləşdirilib.

Bildirilib ki, şimali Koreyalı hərbçilərin döyüş hazırlığı əsasən, Rusiyanın şərqindəki poliqonlarda həyata keçirilir. Ümumilikdə isə Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən Şimali Koreya ordusu birləşmələrində şəxsin heyətin sayının 12 min nəfər olduğu bildirilir ki, onların da 500 nəfəri zabitdir.

Qeyd edilib ki, bu ölkədən gələn hərbçilərin fəaliyyətinə nəzarət Rusiyanın müdafiə nazirinin müavini Yunus-Bek Yevkurova tapşırılıb.

Seçilən
3
18
azpolitika.info

10Mənbələr