AZ

Koreyalılar Ukraynaya qarşı vuruşur? Putin təkzib etmədi

“Görüntülər varsa, o zaman bu, nəyisə əks etdirir”.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda baş tutan BRICS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı suala cavabında bildirib.

Belə ki, jurnalistlər Rusiya Prezidentindən Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı peyk görüntülərinin olduğunu deyib. Putin isə cavabında bildirib ki, “görüntülər ciddi bir şeydir, əgər varsa, bu, nəyisə əks etdirir”.

O, Rusiyanın KXDR-lə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bu gün ratifikasiya olunduğunu və Moskva ilə Pxenyanın daim təmasda olduğunu xatırladıb.

Putin qeyd edib ki, Ukraynada münaqişəni Rusiya başlatmayıb: "Qərb 2014-cü ildə Ukraynada hakimiyyət çevrilişi edib, daha sonra 8 il Ukrayna qoşunlarını silahlandırıb. QərAvropalı li hərbçilər uzun müddətdir ukraynalılarla birlikdə Rusiyaya qarşı vuruşur”.

Səid,

Sitat.info

Seçilən
12
18
sitat.info

10Mənbələr