Türkiyənin \"Başakşehir FK”, \"Beşiktaş”, \"Fənərbaxça” və \"Qalatasaray” futbol klublarının UEFA-dan qazandıqları qonorar açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avropa Liqasında iki qələbə və bir heç-heçə edən \"Qalatasaray\" indiyədək 12,65 milyon avro qazanaraq arasında ən çox qazanan komanda olub.
Avropa Liqasında bir qalibiyyət və iki bərabərlik, 7,08 milyon avro qazanan \"Beşiktaş\" isə səfərdə \"Lyon\"u məğlub edərək, 5,51 milyon avro qazanıb.
\"Başakşehir\" Konfrans Liqasında ikinci matçında məğlub olan İstanbul komandasının kassasına 3,8 milyon avro daxil olub.
\"Fənərbaxça\" klubunun Avropa Liqasında bir qələbə və iki heç-heçədən əldə etdiyi məbləğ isə 7 milyon avrodur.
Gülay