İsveçrədə müxtəlif araşdırmalar yolu ilə ələ keçirilmiş və eramızın 4-7-ci əsrlərinə aid olan Yağ lampası, 7 sikkə və 1 qızıl medalyon Türkiyəyə qaytarılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əldə olunan artefaktlar bu ay ərzində aid olduqları əraziyə çatdırılacaq.
İsveçrə hakimiyyəti ələ keçirilmiş bir sıra sənədlər əsasında mədəni sərvətlərin qaçaqmalçılığını araşdırmağa başlayıb.
Dərin bir araşdırma nəticəsində mədəni sərvətlərin, xüsusən də Yaxın Şərq ölkələrindən bir cinayət şəbəkəsi tərəfindən toplandığı və Avropaya qaçaqmalçılıq yolu ilə daşındığı və bu şəbəkənin qanunsuz qazıcılar, təchizatçılar, vasitəçilər, saxta istehsalçılar, qalereya sahibləri və sənət tacirlərindən ibarət olduğu məlum olub.
İsveçrə, ABŞ, Karib dənizi, Cəbəllütariq, Panama və Böyük Britaniyadan olan firmaların bu hadisəyə qarışdığı aşkar edilən araşdırma çərçivəsində şəbəkə dağıdılıb. Cinayətdə iştirak edən şəxslər Cenevrə məhkəmələri tərəfindən müxtəlif cəzalarla cəzalandırılıblar.
Oksana