AZ

İşin dayanması ilə bağlı könüllü sığortaya maraq 8% artıb

 Azərbaycanda cari ilin 9 ayı üzrə işin dayanması ilə bağlı könüllü sığorta üzrə yığımların həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 481 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 min manat və ya 8% çoxdur.

2023-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 446 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri olmayıb.

Seçilən
1
12
fed.az

10Mənbələr