BMT Baş Assembleyasının 79-cu sessiyasının prezidenti, Kamerunun keçmiş Baş naziri Filemon Yanq Azərbaycana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bunu “Report”un ABŞ bürosuna açıqlamasında Baş Assambleya sədrinin kommunikasiyalar üzrə müşaviri Mariam Şaikh bildirib.
BMT rəsmisi əlavə edib ki, Baş Assambleyanın prezidenti Azərbaycanın sədrliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində Bakıya səfər edəcək. O, Azərbaycan hökumətinin dəvətini qəbul edib və COP29-un açılışında iştirak edəcək.
Məsləhətçi əlavə edib ki, F.Yanq COP29 çərçivəsində Bakıda yüksək səviyyəli tədbirlər və müzakirələrə qatılacaq və bir sıra görüşlər keçirəcək.