BMT Baş Assembleyasının 79-cu sessiyasının prezidenti, Kamerunun keçmiş Baş naziri Filemon Yanq Azərbaycana səfər edəcək.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Baş Assambleya sədrinin kommunikasiyalar üzrə müşaviri Mariam Şaikh bildirib.
BMT rəsmisi əlavə edib ki, Baş Assambleyanın prezidenti Azərbaycanın sədrliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində Bakıya səfər edəcək. O, Azərbaycan hökumətinin dəvətini qəbul edib və COP29-un açılışında iştirak edəcək.
Məsləhətçi əlavə edib ki, F.Yanq COP29 çərçivəsində Bakıda yüksək səviyyəli tədbirlər və müzakirələrə qatılacaq və bir sıra görüşlər keçirəcək.