AZ

Vahid Mustafayevin şirkəti cərimələnəcək?

Azərbaycanın tanınmış VMF şirkəti cərimələnə bilər...

Poliqon qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 422-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. 422-ci maddəyə əsasən, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.

VMF ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur. 1997-ci ildən fəaliyyət göstərən VMF Azərbaycanın saat bazarının aparıcı şirkətlərindən hesab edilir.(Milli.Az)

Poliqon.info

 

 

Seçilən
81
14
poliqon.info

10Mənbələr