AZ

AQTA BİT BAZARI-nda yoxlama apardı - 5 min manatlıq cərimə


Bakıda "bit bazarı" kimi tanınan "Sabunçu Bazarı" Açıq Səhmdar Cəmiyyəti (ASC) idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
ASC tərəfindən AQTA qərarı barəsində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət verilib. İşə hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq. 
Qeyd edək ki, "Sabunçu Bazarı" ASC-nin qanuni təmsilçisi Məmmədov Samir Etibar oğludur. Bazar əvvəllər xalq arasında "rus bazarı", "kolxoz bazarı", "bit bazarı", "ölüxana" adlandırılıb.

Seçilən
90
2
nuh.az

10Mənbələr