AZ

Viktoriya Bekham "qaynanalıq edir" - oğlunun müğənni sevgilisindən... - FOTO

Dünya şöhrətli ulduz futbolçu Devid Bekhamın həyat yoldaşı Viktoriya Bekhem oğlu Kruzun özündən xeyli böyük sevgilisindən narazıdır.

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb oğlu ilə onun sevgilisi arasında yaş fərqinin olmasıdır.

Belə ki, Kruzun 19, onun sevgilisi, müğənni Ceki Apostollun isə 29 yaşı var. 

"Viktoriya son bir neçə həftə ərzində çox pis əhval-ruhiyyədə idi. Bu ona oxşamır. Eşitdim ki, o, Kruzla heç bir problem istəmir, amma yaş fərqi onu çox qorxudur", - deyə mənbə "Daily Mail" nəşrinə açıqlamasında bildirib.

Viktoriya gizli şəkildə bu münasibətin tezliklə sönəcəyinə ümid edir, lakin hələ bunu üzdə göstərmir - əksinə, cütlüyü yaxın tutmağa və onlarla münasibətləri korlamamağa çalışır. Lakin Devid arvadının narahatlığını heç də bölüşmür.

"Onun fikrincə, hamı sakit olmalıdır. Görünür, Devid bunun Kruz üçün böyük təcrübə olacağını düşünür. Bir neçə il sonra qızı Harperin başına belə bir hadisə gəlsəydi, o, bu qədər rahat olmazdı, amma bu, tamam başqa bir hekayədir: o, onu çox qoruyur. Eyni zamanda, o, gözəl yetkin bir qadınla birlikdə olmağın hər bir oğlanın arzusu olduğuna inanır", - deyə mənbə vurğulayıb.

Bundan əlavə, Bekhemlər böyük oğulları Bruklin və onun seçdiyi Nikola ilə etdikləri səhvləri təkrarlamaq istəmirlər.

Bu dəfə heç bir mübahisə olmayacaq, sadəcə nəzakət", - deyə mənbə qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
13
11
milli.az

10Mənbələr