AZ

"Halloween" bayramı:  Psixoloqdan valideynlərə ÇAĞIRIŞ - … tövsiyə olunmur

"Halloween" bayramına sayılı günlər qalır. Bu o deməkdir ki, ölkəmizdə də bu bayramı keçənlərin hazırlıq işləri davam edir.

Bakıvaxtı.az xatırladır ki, dünyanın müxtəlif ölkələrində xüsusi şəkildə qeyd edilən "Halloween" bayramında evlər və mağazaların vitrinləri "Halloween" konseptində bəzədilir.Bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir, bayram günündə geyiniləcək xüsusi kostyumlar seçilir. Bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır. "Halloween" sözü "All Hallows Eve" sözündən gəlir və mənası "müqəddəs axşam" deməkdir.

Maraqlıdır ki, bu bayramı hansı uşaqların qeyd etməsi doğru deyil?

Mövzu ilə bağlı psixoloq İlahə Dadaşova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, müəyyən yaş həddinə çatmış uşaqlar üçün "Halloween" sadəcə bir bayramdır və onlar əylənirlər. Onun sözlərinə görə, bu bayramın uşaqlara psixi təsiri fərdi olaraq dəyişir.

İlahə Dadaşova, psixoloq

Psixoloq bildirib ki, əslində "Halloween" bayramı keçirən valideyn uşağın yaş həddinə diqqət etməlidir. Valideyn bilməlidir ki, uşağında qorxuyamyllilik varsa, daha az qorxulu yerlərə aparmalıdır:

“Düzdür, ölkəmizdə "Halloween" bayramı Qərbdəki kimi daha qorxulu formada keçirilmir. Azərbaycanda bir yerə toplaşan insanlar yalnız müəyyən makiyajlarla qorxulu obraz yaratmağa çalışırlar. Bu, bir qədər müsbət haldır".

Psixoloq vurğulayıb ki, evdə tək yatmağı bacarmayan, heyvanlardan qorxan uşaqların "Halloween" kimi qorxu yaradan bayramlara qatılması tövsiyə olunmur.

Gülşən Şərif

Seçilən
6
11
bakivaxti.az

10Mənbələr